Meliorasiya və Su Təsərrüfatı ASC: Böyük yeyintilər, nöqsanlar və korrupsiyalaşma…backend

Meliorasiya və Su Təsərrüfatı ASC: Böyük yeyintilər, nöqsanlar və korrupsiyalaşma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu istiqamətdə dövlət siyasətini həyata keçirən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti çox qeyri-adekvat fəaliyyət göstərir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyevin “Şahin Mustafayev mənə məruzə edib ki, bu günə qədər heç vaxt Azərbaycanda su balansı tutulmamışdır” fikirini şərh edərkən deyib.
Onun sözlərinə görə, sudan istifadə ilə balansın bir başa əlaqəsi yoxdur. Balans situasiyanın qiymətləndirilməsi ilə bağlı indiqatorların bir yerə toplanmasıdır. Balansda öz əksini tapanlar bunlardır – ilin əvvəlindən su ehtiyatları, il ərzində yaranmış su ehtiyatları, istifadə olunmuş su ehtiyatları, istifadə olummuş su ehtiyatlarının strukturu ev təsərrüfatları və biznes subyektləri tərəfindən itkilər və ilin sonuna qalıq su…
Su balansının tutulması sudan daha səmərəli istifadə və eyni zamanda risklərin planlaşdırılması dövlət strategiyasının bu istiqamətdə hazırlanmasında vacib elemetlərindən biri kimi çıxış edə bilər. Ümumiyyətlə götürəndə isə uçot, statistika, panlama yoxdursa, həmin istiqamətdə uğurlu dövlət siyasətinin aparılmasından danışmaq doğru olmaz”.
Rəşad Həsənov qeyd edib ki, su təsərrüfatının idarə olunması ilə bağlı Azərbaycanda çox ciddi problem var:
“Bunu hər zaman demişik, bu gün də deyirik. Bu istiqamətdə dövlət siyasətini həyata keçirən Meliorasiya və Su Təsərrüfatı ASC çox qeyri-adekvat fəaliyyət göstərir. Fəaliyyətinin özündə çiddi nöqsanlar və korrupsiyalaşma var. Araşdırılma aparılsa, bu ASC bir sıra rayonlarda ən əhəmiyyətli postlardan biri hesab olunur. Çox böyük yeyintilər var, dövlət tərəfindən bu istiqamətdə böyük vəsaitlər ayrılıb. Amma çox asan şəkildə bu vəsaitlər silinir, yeyilir. Su kanalları təmizləndi, yenisi çəkildi, amma növbəti il deyirlər “sel gəldi dağıtdı”. Bir necə ay içində bu vəsaitləri asanlıqla silə bilirlər”.
Rəşad Həsənov bildirib ki, bu istiqamətdə qeyri-peşəkar idarəetmə mövcuddur:
“Bu qurumun hesabatlığı çox zəifdir. Bu istiqamətdə daha real addımların atılmasına ehtiyac var. Dövlətin su siyasətinin həyata keçirilməsində mövcud sistem dəyişməlidir, daha şəffaf idarəetmə formalaşdırılmalıdır”.
Qeyd edək ki, dünən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.