MƏKTƏBLİNİ DÖYƏN RƏSİLƏ ƏLİYEVANI HANSI CƏZA GÖZLƏYİR? – VƏKİLDƏN AÇIQLAMAbackend

MƏKTƏBLİNİ DÖYƏN RƏSİLƏ ƏLİYEVANI HANSI CƏZA GÖZLƏYİR? – VƏKİLDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lənkəran vəzifədən azad edilən icra başçısı müavinininə hansı cəzanın verilməsi istintaqın gedişində müəyyən olunacaq”.
Bunu TİA.Az-a məktəblinin döyülməsi faktı ilə bağlı məsələyə münasibət bildirən vəkil Ziya Qənbərov deyib. Onun sözlərinə görə, xəsarətin dərəcəsini məhkəmə tibb- ekspertizası müəyyən edəcək: “Məktəblinin kim tərəfindən və harda döyülməsi müəyyən olunduqdan sonra xəsarətin dərəcəsi məhkəmə tibbi ekspertiza tərəfindən müəyyən olunur. Ekspertiza yüngül yaxud ağır xəsarət çıxara bilər. Ekspertiza yüngül xəsarət verərsən, 127-ci maddə ilə, xəsarətin müəyyən olunmaması verildikdə isə bu artıq cinayət işi yox, inzibati işə çevrilə bilər.
İstənilən halda konkret olaraq hansı cəzanın seçilməsi istintaqın gedişindən asılıdır”.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanılıb.

Aytac

TİA.Az