Məktəblilər onlayn dərslər üçün qülləyə çıxırlar – VİDEObackend

Məktəblilər onlayn dərslər üçün qülləyə çıxırlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məktəblilər ev tapşırıqlarını yollamaq üçün mobil rabitə qülləsinə çıxırlar.

360 tv-nin məlumatına görə, kadrlar Perm diyarının Novopetrovka kəndində qeydə alınıb.

Sakinlərin sözlərinə görə, kənddə internetin keyfiyyəti o qədər bərbaddır ki, tapşırıqların yüklənməsi üçün bir neçə saat lazım olur, elə bir o qədər vaxt tapşırıqları yollamağa gedir.

Bununla bağlı kadrlar yayımlandıqdan sonra yerli hökumət nümayəndələri şagirdlərlə informasiya mübadiləsinin ancaq kağız daşıyıcılar üzərində aparılması barədə qərar verib.

Pedaqoqlar həftədə iki dəfə kəndə gələcək və tapşırıqları yeniləri ilə əvəz edəcək.