Məktəbli qızı döydüyü iddia olunan direktor işdən ÇIXARILDIbackend

Məktəbli qızı döydüyü iddia olunan direktor işdən ÇIXARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.

Direktor Çinarə Atayeva vəzifəsindən azad edilib.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib.

Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri Oxu.az-a müraciət edərək direktorun onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət ünvanlamışdı. Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.