Məktəbli formalarının tikilişi dayandırıldı – RƏSMİbackend

Məktəbli formalarının tikilişi dayandırıldı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Tikiş Evi (BTE) məktəbli formalarının tikilməsini dayandırıb.
Bu barədə BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində pandemiya ilə əlaqədar tədris müəssisələrinin bağlanması səbəbindən 2020-2021-ci tədris ili üçün məktəbli formalarının tikilməsi dayandırılıb:
“Təhsil müəssisələrinin nə zaman fəaliyyətə başlayacağı bəlli deyil. Buna baxmayaraq, kifayət qədər hazır məktəbli formamız var. Eyni zamanda, zəruri həcmdə material və ləvazimat ehtiyatımız mövcuddur. Ehtiyac yaranarsa, məktəbli formalarının tikilməsi bərpa oluna bilər”.
Xatırladaq ki, mövzu ilə əlaqədar ilk xəbəri Cebhe.info saytı yayıb.