Məktəblərdə idman, akt zalları və hovuzdan istifadə qaydaları açıqlandıbackend

Məktəblərdə idman, akt zalları və hovuzdan istifadə qaydaları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.
TİA.AZ-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.