Məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsinə başlanılır? – Rəsmi açıqlamabackend

Məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsinə başlanılır? – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi yaxın zamanlarda ümumtəhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İctimiayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  açıqlamasında bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib:

“Bu qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu qərar mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla verilir. Hələ ki belə bir qərar verilməyib. Tədrisin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu barədə ilk növbədə Təhsil Nazirliyinin resurslarında məlumatlar paylaşılacaq”.