Azərbaycanda bütün təhsil müəssisələri yenidən bağlanır? – RƏSMİ CAVABbackend

Azərbaycanda bütün təhsil müəssisələri yenidən bağlanır? – RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağça, məktəb və universitetlərdə dərslərin dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

TİA.AZ-ın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, belə xəbərlər həqiqəti əks etdirmir.

O deyib ki, tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı: “Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.