Məktəblər azı 2 gün tətilə buraxılmalı idi – Təhsil ekspertibackend

Məktəblər azı 2 gün tətilə buraxılmalı idi – Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Düşünürəm ki, belə hava şəraitində Təhsil Nazirliyi müvafiq əmr imzalayıb bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi və tədbirləri iki günlük dayandırmalı idi”.
Bunu  açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, Təhsil Nazirliyinin məktəblərdə tətil elan etmək səlahiyyəti var:
“İlk növbədə qeyd etmək istəyirəm ki, təhsil sisteminin kütləviliyini nəzərə alsaq, bu sahə özündə ölkədəki ictimai-siyasi, sosial, fövqəladə hallarda çevik reaksiya verməyi tələb edir. Sinoptiklər bir neçə gündür ki, ölkə ərazisində hava şəraiti ilə əlaqədar məlumat yayırlar. Hətta təhlükəli hava şəraiti ilə əlaqədar kifayət qədər ciddi xəbərdarlıqlar olunub. Bütün bunları nəzərə alaraq Təhsil Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar məktəbləri azı 2 gün – 24 və 25 fevralda tətilə buraxmalı idi”.
Kamran Əsədov bildirib ki, hazırda yollarda təhlükəli vəziyyətdir, ictimai nəqliyyatda gecikmələr var:
“Düşünürəm ki, çevik qərar qəbul edib istənilən növ tədris tədbirləri – dərs, imtahan, kollokvium dayandırılmalı və bu proses distant-onlayn qaydada təşkil edilməlidir. Və xüsusi ilə də istər dövlət, istər özəl təhsil müəssisələri, eləcə də uşaq bağçaları da bu siyahıya daxil olmalı və qeyri-sabit hava şəraitində tədris onlayn qaydada keçirilməli idi. Ölkədə bir neçə dəfə belə hal baş verib. Hətta 2019-cu ildə hava şəraiti ilə əlaqədar 2 günlük dərslər dayandırılıb”.
Qeyd edək ki, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşməsi ilə bağlı məlumatlar var. Hətta bəzi məktəblər valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.
Xatırladaq ki, hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı hələlik Təhsil Nazirliyinin qərarı yoxdur.