Məktəbə getmədən məzun olacaq şagirdlər – Şikəst edilən təhsilbackend

Məktəbə getmədən məzun olacaq şagirdlər – Şikəst edilən təhsil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu il orta məktəbi bitirən 11-ci sinif şagirdləri tarixi an yaşayacaqlar. Onlar məktəbə getmədən məktəbdən məzun olacaqlar”.
TİA.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov yazıb.
“Əslində əvvəlki illərdə də bir çox məktəbdə qeyri-rəsmi də olsa, belə idi. Yəni, şagirdlərin valideyni direktorla “razılıq” əldə edirdi və şagird məktəbə ancaq KSQ, BSQ yazmaq lazım olanda gedirdi. Özü Bakıda oxuyub adı rayon, məcburi köçkün məktəbində gedən şagirdlər var idi ki, onlar ümumiyyətlə getmirdilər. Amma pandemiya dövründə məktəb olmadığı üçün 1 ildir bu proses dayanıb. COVID-19 həm də bəzi direktorların gəlirinə ciddi şəkildə təsir göstərib. Düzdür, indi də müəyyən məlumatlar var ki, onlayn-distant dərslərdə iştirak etməməsi üçün “razılıq” tələb edənlər var, amma kütləvi deyil. 15 apreldən məktəbə ayaq basmayan şagirdlər məktəbi bitirmək üçün buraxılış imtahanı verəcəklər. Niyə dərslər onlayn-distant qaydada keçirildiyi halda, imtahanı ənənəvi keçiririk?  Deyəcəklər ki, köçürmə halları olacaq və ya hamının texniki imkanları yoxdur. Bunlar həll oluna bilən problemlərdir. İkincisi, 15 gün sonra məktəbə getmədən buraxılış imtahanı verəcəklər, amma elektron ərizə qəbulu başlamayıb”.
Kamran Əsədov bildirib ki, şagirdlərin şəxsi məlumatları məktəb tərəfindən sistemə daxil edilir, amma burada da problemlər var.