Tribuna İnformasiya Agentliyi

Məktəbdə qumbara partlayıb, bir şagird ölüb, on biri yaralanıb

24 Aprel

Dağıstanda orta məktəblərin birində partlayış baş verib. 

Dağıstanda orta məktəblərin birində partlayış baş verib.

TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nəticədə 1 şagird ölüb, 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-nün vəziyyəti çox ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən hadisəyə səbəb silahla ehtiyatsız davranış olub.”Səkkizinci sinif şagirdlərindən biri sinifə əl qumbarası gətirib. Nəticədə sinifdə partlayış baş verib”, – deyə orta məktəbin direktoru Şamil Abakarov bildirib. Dərs zamanı qumbaranı atan uşaq polis bölməsinə aparılıb.