Məktəb direktoru dəm qazından boğuldubackend

Məktəb direktoru dəm qazından boğuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmazda 45 yaşlı məktəb direktoru olan qadın dəm qazından zəhərlənərək həyatını itirib.
Bu barədə məlumat martın 15-də səhər saat 08.41-də FHN-nin Şimal Regional Mərkəzinə Xaçmaz rayon polis şöbəsindən daxil olub.
Məlumatda Xaçmaz şəhərinin Heydər Əliyev prospekti -14 ünvanında yaşayan bir nəfər qadının telefon zənglərinə və qapının döyülməsinə cavab vermədiyi bildirilib.
Dərhal hadisə yerinə gedən xilasedicilər fərdi evin qapısını təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq içəri daxil olublar. Evin hamamında Xaçmaz şəhər sakini, 45 yaşlı Ülkər Vəliyəddin qızı Hacıyevanın meyiti tapılıb.
Hadisə yerində Xaçmaz rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları işləyib. İlkin ehtimala görə, qadın hamamda dəm qazından zəhərlənib. Rayon prokurorluğu faktın araşdırılmasına başlayıb.
Modern.az saytına məlum olub ki, həyatını itirən Ülkər Hacıyeva rayonun Alıcqışlaq kənd orta məktəbinin direktoru idi.
Xanım direktor zəhərləndiyi evdə tək yaşayırdı.