Tribuna İnformasiya Agentliyi

MEKSİKADA METROSUNDA BUNU GÖRƏNLƏR ŞOK OLUR

06 Aprel

Meksikada metroya “penis kreslo” qoyulması hamının diqqətini çəkdi 

Meksikada metroya “penis kreslo” qoyulması hamının diqqətini çəkdi

TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir k, Meksikada kütləvi daşıma vasitələrində qadınlara qarşı təcavüzlərə diqqət çəkmək məqsədilə paytaxt Mexiko şəhərində metroya qoyulan penis kreslo tənqid mövzusu olub.

Mexiko şəhərində bir metroya, çıxıq penis və döş şəkli verilmiş bir kreslo yerləşdirilib. Kreslo bir çox meksikalı tərəfindən utancverici, alçaldıcı və narahat edici olub.

 Kreslonun yanındakı “kişilərə özəl” yazıda belə mesaj verilib:

Bura oturmaq narahatedici amma qadınların gündəlik səfərlərində məruz qaldıqları cinsi təcavüzlərlə müqayisə edilməz“.

 Meksika xüsusən, kütləvi nəqliyyat vasitələrində baş verən cinsi təcavüzlərlə mübarizə etməkdə çətinlik çəkir. İngilis araşdırma təşkilatı YouGovun 2014-cü ildə etdiyi apardığı sorğuya əsasən, Meksika sərnişin daşımada fiziki və şifahi təcavüzün ən çox yaşandığı şəhərdir.

İlahə