Meksikada baş verən fenomenal hadisə alimləri çaş-baş qoydu: nəhəng quyu (VİDEO)backend

Meksikada baş verən fenomenal hadisə alimləri çaş-baş qoydu: nəhəng quyu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Meksikanın Puebla kəndində diametri 100 metr, dərinliyi təxminən 20 metr olan nəhəng bir quyu əmələ gəlib. Quyu böyüməyə davam edir.
TİA.AZ xəbər verir ki, kəndlilər yerdə açılan nəhəng quyunun mövcudluğundan narahatdırlar. Quyunun ölçüsü hər gün böyüyür və indi təxminən 100 metr və 20 metr dərinlikdə bir diametrə sahibdir.
Hər şey Sançes ailəsinin keçən şənbə günü göy gurultusuna bənzər qorxunc bir səs eşitdiklərindən sonra başlayıb. Adamlar getdikcə bunun göy gurultusu yox, başqa bir şey olduğunu başa düşüblər.
Yaranan quyu su ilə dolur. Yerli hakimiyyət orqanları hadisə yerinin yaxınlığında yaşayanları və oraya maraqdan yığışan insanları qorumaq üçün ərazini bağlamağa qərar verib.
Başlanğıcda quyunun ölçüsü cəmi beş metr diametrdə olsa da, hər gün ölçüsü artıb. Bazar günü quyunun diametri 30 metr, bazar ertəsi günü təxminən 60 metr, çərşənbə axşamı günü isə 80 metrə çatıb.
Hər gün böyüyən quyu 2014-cü ildən bəri bu yerlərdə yaşayan Sançes ailəsinin evinə yaxınlaşır. İndi onlar evdən çıxmalı olacaqlar.
“Biz küçədə qaldıq. Heç bir şeyimiz yoxdur”, – narahat olan Heriberto Sançes yerli mediaya deyib.
Hazırda mütəxəssislər bu fenomeni birmənalı şəkildə izah edə bilmirlər. Əsas versiyalar bunlardır: torpaqdakı geoloji fay və ya zəmindəki su dəyişiklikləri.