Tribuna İnformasiya Agentliyi

Meksika prezidenti ABŞ-la miqrant problemini həll etmək üçün dövlət təyyarəsini satır

13 İyun

Meksika prezidenti Andres Manuel Lopes Obrador qeyri-leqal miqrasiya axınını durdurmaq üçün dövlət təyyarəsini satmağa hazır olduğunu bəyan edib.

“BBC News”un xəbərinə görə, dövlət başçısı bununla ABŞ-la sərhəddəki miqrantların azaldılması üzrə müqavilənin tam şəkildə yerinə yetirməyə çalışır.

Çünki prezident Donald Tramp əks təqdirdə Meksika hakimiyyətini gömrükdə əlavə rüsumlar tətbiq edəcəyi ilə hədələyib.

Meksikanın 1-ci şəxsi “Boeing 787 Dreamliner” markalı təyyarəsini 150 milyon dollar məbləğində dəyərləndirib.

O, bundan sonra xarici səfərlərə kommersiya reysləri ilə uçacağını bildirib.

Qeyd olunur ki, təyyarə artıq Kaliforniyada satışa qoyulub. Bundan başqa, Meksika 60 hökumət təyyarəsini və 70 helikopterini satışa çıxarıb.