Mehriban Əliyevanın tapşırığı ilə aztəminatlı ailələrə qurban payları çatdırılır – FOTOLARbackend

Mehriban Əliyevanın tapşırığı ilə aztəminatlı ailələrə qurban payları çatdırılır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
TİA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri respublika üzrə aztəminatlı ailələrə baş çəkərək qurban paylarını təqdim edir, mənəvi-ruhi birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırırlar.