Mehriban Əliyeva qadınları təbrik etdi – FOTObackend

Mehriban Əliyeva qadınları təbrik etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
TİA.AZ təbrikin mətnini təqdim edir:
“Əziz qadınlar!
Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!
Tanrı sizi və doğmalarınızı qorusun!”