Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik etdibackend

Mehriban Əliyeva paralimpiyaçı Vəli İsrafilovu təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında bu gün Yay Paralimpiya oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib.
TİA.AZ-ın məlumatına görə, paylaşımda deyilir:
“İdmançımız Vəli İsrafilov “Tokio-2020″ Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram”.