Mehriban Əliyeva Ayaz Mütəllibovun dəfni ilə bağlı GÖSTƏRİŞ VERDİbackend

Mehriban Əliyeva Ayaz Mütəllibovun dəfni ilə bağlı GÖSTƏRİŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gecə dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb.
TİA.AZ xəbər verir ki, bu barədə Bizim.Media-ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib.

Onun sözlərinə görə, eks-prezidentin nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:
“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini nəzarətinə götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi. Eks-prezidentin harada dəfn olunacağı barədə hələlik məlumatsızam”.
Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.