Tribuna İnformasiya Agentliyi

Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi (Fotolar)

31 May

Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar.

Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.