Tribuna İnformasiya Agentliyi

Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

12 Mart

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

TİA.AZ bildirir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olundu. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.