Tribuna İnformasiya Agentliyi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

11 Avqust
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
TİA.AZ  xəbər verir ki, Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:
“Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm.
Allah dualarınızı qəbul etsin!”