Mehman Hüseynov üçün 140 min manat TOPLANDIbackend

Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, tanınmış bloger Mehman Hüseynovda ağır xəstəlik – xərçəng şişi aşkarlanıb.

Modern.az-ın məlumatına görə, onun böyük qardaşı Emin Hüseynov ictimaiyyətə müraciət edərək, kömək istəmişdi.

Qardaşı bildirib ki, hazırda İsveçrədə olan Mehman ən qısa müddətdə müalicəyə başlasa, bu xəstəliyin öhdəsindən gəlmək üçün çox yaxşı bir şansı var.

Amma bunun üçün yalnız xəstəxanada xərclərini ödəməyə 74 min İsveçrə frankı tələb olunur:

“Nə məndə, nə Mehmanda bu qədər pul var. Mehmanın hətta lazımı xərcləri ödəyə biləcək tibbi sığortası yoxdur”.

Mehman Hüseynovun özü bu gün sosial şəbəkə üzərindən Azərbaycan xalqına təşəkkür edib.

“Məhz Azərbaycan xalqın birliyi, həmrəyliyi nəticəsində mənim həyatım xilas olunmaqdadır”,-deyə bildirən Mehman onun üçün tələb olunan məbləğini cəmi 2 günə toplandlğını qeyd edib

“Cəmi 2 günə tələb onunan məbləğin 98%-i – milli pulumuzla 140.000 AZN toplandı… Mənə maddi mənəvi dəstək olanın, dua edənin hər kəsin qarşısında baş əyirəm”.

M.Hüseynov deyib ki, gələn həftənin 1-ci günü mualicəsi başlayır.

“Və bu yığılan məbləğin hər bir qəpiyin hesabatını mən sizə verəcəm. Çünki bu böyük bir məsuliyyətdi və mən şəffaflığı təmin edəcəm!”.