Məhkəmə “Xəzər İnşaat-XXI əsr” MTK-nı cərimələyibbackend

Məhkəmə “Xəzər İnşaat-XXI əsr” MTK-nı cərimələyib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Xəzər İnşaat-XXI əsr” MTK barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report”un xəbərinə görə, palata tərtib etdiyi protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək 2373 ABŞ dolları məbləğində cərimələnməsi haqqında qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən “Xəzər İnşaat-XXI əsr” MTK Bakının müxtəlif hissələrində hündürmərtəbəli binaların tikintisini həyata keçirir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki