“Məhkəmə sistemi öldü”: Navalnı tərəfdarları məhkəmə önünə qərənfillər düzdübackend

“Məhkəmə sistemi öldü”: Navalnı tərəfdarları məhkəmə önünə qərənfillər düzdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aleksey Navalnının tərəfdarları Çelyabinskdə əldə qərənfillər məhkəmə binalarının önünə axışıblar.
TİA.AZ xəbər verir ki, bu haqda məlumatı Navalnının yerli qərargahının Telegram kanalı yayıb. Məlumatda deyilir:
“Çelyabinsk sakinləri məhkəmə binalarının önünə qərənfillər düzürlər, çünki məhkəmə sistemi bu gün öldü”.
“OVD-Info” xəbər verib ki, qərənfil aksiyası zamanı polis artıq iki fəalı saxlayıb. Bununla birlikdə, aksiyanın 3 fevralda da davam etməsi planlaşdırılır.
Xatırladaq ki, 2 fevralda Navalnının şərti cəzası həqiqi cəza ilə əvəzlədikdən sonra Moskva və Sankt-Peterburqda koordinasız etiraz aksiyaları keçirilib. Aksiyalar təhlükəsizlik qüvvələri tərəfindən döyülmə və etirazçıların saxlanılması ilə sona çatıb. Moskvada 1000-dən, Peterburqda isə 250-dən çox etirazçı saxlanılıb.