Məhkəmə Navalnıya 30 sutka həbs cəzası verdibackend

Məhkəmə Navalnıya 30 sutka həbs cəzası verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Ximki rayon məhkəməsi sözügedən rayonun 2-si Polis Şöbəsində keçirilən məhkəmə iclasında rusiyalı müxalifətçi Aleksey Navalnıya 30 sutka həbs cəzası verdi. 

HİT.az “RBK”-ya istinadən xəbər verir ki, dünən Berlindən Moskvaya qayıdan Navalnı “Şeremetyevo” Hava limanından Ximki rayonu 2-ci Polis şöbəsinə gətirilib.

“Nə baş verdiyini anlamıram. Məni vəkillə görüş adıyla kameradan çıxardılar və buraya gətirdilər. Burda isə məhkəmə iclasının qurulduğunu gördüm. Məhkəmə iclasının polis şöbəsində keçirilməsini də heç anlamıram”, – deyə Navalnı bildirib.