Məhkəmə Kazanda məktəbliləri öldürən şəxslə bağlı qərar verdibackend

Məhkəmə Kazanda məktəbliləri öldürən şəxslə bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kazan şəhərində bir məktəbə hücum edərək, 11 nəfər öldürən, 21 nəfəri yaralayan İlnaz Qalyaviyev məhkəmə qərarı ilə iki ay müddətinə həbs edilib.

TİA.AZ-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, ittiham olunan şəxs qərara heç bir reaksiya verməyib

Qeyd edək ki, Kazan şəhərinin 175 saylı gimnaziya məktəbində mayın 11-i baş verən basqın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.

Mayın 12-si respublikada matəm günü elan olunub. Basqını törətməkdə şübhəli bilinən məktəbin 19 yaşlı məzunu saxlanılıb.