Məhkəmə iki bankı müflis elan etdi – QƏRARbackend

Məhkəmə iki bankı müflis elan etdi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarıilə “Atabank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

 

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan  verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

 

Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib”.