Məhkəmə binasında jurnalistə hücum edildi – “Mənə “düdük” dedi və…”backend

Məhkəmə binasında jurnalistə hücum edildi – “Mənə “düdük” dedi və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Musavat” qəzetinin reportyoru İlkin Muradov iştirak etdiyi məhkəmə prosesində fiziki təzyiqə məruz qalıb.

TİA.AZ xəbər verir ki, bu barədə jurnalist özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

“Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəməsində idim. Nicat Məmmədov adlı şəxs məhkəmə zalında məndən kim olduğumu soruşdu. Deyəsən, həbs edilən şəxsin yaxınıdır. Mən də ona izah verməli olmadığımı dedim. Mənə “düdük” dedi və məhkəmə koridorunda yumruq atdı və cavabını aldı. Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam elədi. 25 dəqiqədir “102”yə məlumat vermişəm”,- İ. Muradov yazıb