“Məhkəmə bildirişi gəlsə, məlumat verin, geri götürək” – “İrşad”dan qazilərə müraciətbackend

“Məhkəmə bildirişi gəlsə, məlumat verin, geri götürək” – “İrşad”dan qazilərə müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrşad” mağazalar şəbəkəsi əlillik haqqında sənəd təqdim edə bilməyən qazi müştərilərinə müraciət edib və onlara gedə biləcək məhkəmə bildirişləri ilə bağlı əvvəlcədən xəbərdarlıq edib.
TİA.AZ
xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki hesablarında məlumat paylaşılıb. Məlumatda qeyd olunur ki, qazilər bu barədə şirkətin müvafiq qaynar xəttinə xəbər verdikləri zaman sözügedən məhkəmə müraciətləri geri götürüləcək:
“Sizə bildirmək istəyirik ki, bu günə qədər əlillik haqqında təsdiqedici sənədləri təqdim etmədiyiniz halda kredit borcları ilə bağlı olaraq gecikmələriniz sistem tərəfindən avtomatik olaraq Hüquq şöbəsinə daxil olduğuna görə məhkəməyə yönləndirilə bilər.
Qazilərimizdən xahiş edirik ki, əgər məhkəmə bildirişi gələrsə mütləq şirkətin *0171 nömrəli qaynar xətti ilə əlaqə saxlayaraq məlumat versinlər. Məlumat daxil olan kimi məhkəmə müraciətləri şirkət tərəfindən geri götürüləcək. Bu səbəbdən yarana biləcək narahatlığa görə üzr istəyirik”.
Qeyd edək ki, yaranmış kredit borclarına görə qazilərin şirkətlər tərəfindən məhkəməyə verilməsi halları daha əvvəl baş verib və bu ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.