Məhərrəmliyə qədər çatdırmaq lazımdır: – 45 GÜNDƏ 17 MİN TOY MƏCLİSİbackend

Məhərrəmliyə qədər çatdırmaq lazımdır: – 45 GÜNDƏ 17 MİN TOY MƏCLİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir neçə gün ərzində 17 min toy məclisi qeydiyyatdan keçirilib.

FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Xatırladaq ki, iyulun 1-dən etibarən Azərbaycanda sırf şənlik mərasimlərinin qeydiyyatı üçün icazə.e-gov.az portalı istifadəyə verilib.

Qaydalara əsasən, şadlıq evlərinin sahibləri tədbirlərin keçirilməsinə ən azı 5 gün qalmışdan 50 nəfərdən 150 nəfərə kimi olan qonaq sayı üçün qeydiyyat aparmalıdır.

İstifadəçi sistemdə zalı seçməli, əməkdaşlarının qeydiyyatını aparmalıdır. Bu zaman əməkdaşların 80 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçmiş olmalıdır. Bu günə qədər sistemdə 17 mindən çox tədbir qeydiyyata alınıb.

F.Cəfərovun sözlərinə görə, bu, təxminən avqustun 15-dək olan müddəti, 45 günlük dövrü əhatə edir. Bu günə qədər sistemlə bağlı heç bir şikayət daxil olmayıb. Sistem tam dayanıqlıdır.