“Məhərrəmlə Sirac daim bizə kömək edirdi” – Fulya Öztürk(VİDEO)backend

“Məhərrəmlə Sirac daim bizə kömək edirdi” – Fulya Öztürk(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin məşhur jurnalisti, 44 günlük Vətən müharibəsində cəbhə bölgəsində baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdıran Fulya Öztürk bu gün Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı açıqlama verib.
TİA.AZ xəbər verir ki, F. Öztürk REALTV-yə açıqlamasında Ermənistanın növbəti dəfə qətliam törətdiyini vurğulayıb:
“Ermənistan 3 günahsız insanı bu həyatdan aldı. Biz 44 günlük müharibədə Ermənistanın etdiyi zülmlərdən, işgəncələrdən günlərlə danışdıq. Ancaq yenə də iki sevdiyim, birlikdə fəaliyyət göstərdiyimiz həmkarlarımızı da bu həyatdan qopartdılar.
Qarabağda çəkilişlər aparanda əsgərlər bizə tez-tez minalarla bağlı xəbərdarlıqlar edirdilər. İşğalçı, terror zehniyyətli Ermənistan dövləti hər tərəfi minalamışdı. Bir neçə dəfə biz də bu cür hadisələrlə qarşılaşmışdıq. Ona görə də diqqətli hərəkət edirdik. Mən də vəzifə başında ikən Türkiyədə belə bir kədərli xəbəri aldım. Məhərrəmlə Sirac hər dəfə bizə yardım edən iki qiymətli həmkarımız idi. Buna görə çox kədərliyəm. Onlar bizim jurnalist şəhidlərimizdir. Vəzifə başındaykən şəhid oldular. Bunu hər kəs bilməlidir”.