Məhəmməd Əlinin nəvəsi karyerasına nokautla başladıbackend

Məhəmməd Əlinin nəvəsi karyerasına nokautla başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın Oklahoma şəhərində rinqə çıxan Məhəmməd Əlinin 21 yaşlı nəvəsi Niko Ali Valş boksdakı peşəkar karyerasına nokautla başlayıb.
Qaynarinfo “NTVSpor”a istinadən xəbər verir ki, Niko ilk raundda rəqibi Cordan Uiksi texniki nakautla məğlubiyyətə uğradaraq karyerasına yaxşı başlanğıc edib. Məhəmməd Əlinin qızı Raşeda Əlinin oğlu olan gənc boksçu rinqə babasının ona hədiyyə etdiyi şortla çıxıb.
Qələbəni 2016-cı ildə dünyasını dəyişən babasına həsr etdiyini bildirən Valş onun üçün darıxdığını söyləyib: “Onu çox düşünürəm, darıxıram. Bu duyğusal bir yolçuluqdur. Viks və mən bir qədər tarix yazdıq. Bu, gözləntilərimi tamamilə qarşıladı. Üzərimdə çox böyük bir təzyiq var kimi görünür, ancaq o sadəcə mənim  babamdır. O bütün zamanların ən yaxşı boksçusu, bəlkə də ən böyük insandır”
Gənc boksçu açıqlamasında öz yolu ilə irəliləyəcəyini və bundan sonra babasının şortu ilə rinqə çıxmayacağını da söyləyib.