Mehdiyevlərin “Muğanbank”dakı pay bölgüsü dəyişib – RƏQƏMLƏRbackend

Mehdiyevlərin “Muğanbank”dakı pay bölgüsü dəyişib – RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Muğanbank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

Ölkə.Az-ın məlumatına görə, bankın əsas səhmdarı Mehdiyev Elmir Maqbet oğlunun nizamnamə kapitalında payı 66,17%-dən 67,74%-ə qalxıb.

Həmçinin Mehdiyev Maqbet Rəhim oğlunun payı 12,14%-dən 11,58%-ə, Vəliyeva Vəfa Əhməd qızının payı 11,17%-dən 10,65%-ə, Mehdiyeva Fəridə Cahandar qızının payı isə 10,52%-dən 10,03%-ə enib.

Qeyd edək ki, ötən aylarda “Muğanbank” ASC nizamnamə kapitalını 5 milyon manat artıraraq 107,5 milyon manata çatdırmışdı.