Tribuna İnformasiya Agentliyi

“Medianın reklamdan, satışdan əldə etdiyi gəlirlər çoxalsın”- Əflatun Amaşov

14 Mart

“Bu gün Azərbaycanda mediaya sistemli dövlət qayğısı mövcuddur”.

Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Mətbuat Şurasının sədri bildirib ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərir: “Bu qurum KİV-lərin layihələrini maliyyələşdirməklə onların cəmiyyət üçün faydalı təşəbbüslərinə yaşıl işıq yandırır. Ancaq müasir dövr tələb edir ki, mediamız daha da güclənsin, reklamdan, satışdan əldə etdiyi gəliri çoxaltsın”.

Deputatın sözlərinə görə, qarşımızda dayanan növbəti məsələlərdən biri də internet üzərindən yayımlanan media vasitələrinin səmərəliliyinin artırılmasıdır: “Bu sahədəki qanunvericilik bazasında xeyli təkmilləşmələr aparılıb. Belə media vasitələri hüquqi münasibətlər sistemində öz yerlərini tuta biliblər. Ancaq onların artan rolundan cəmiyyətimizin inkişafı naminə istifadə etməliyik”.(modern.az)