“Kütləvi İnformasiya Vasitələri haqqında” qanundan fərqli olaraq “Media haqqında” yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək”.
TİA.AZ-ın xəbərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək: “Onlayn və çap media ilə bağlı kriteriyalar müəyyən olunacaq. Bundan əlavə audivizual mediaya lisenziyaların verilməsi, onlar barəsində reysterin aparılması yeni qanun layihəsində əksini tapacaq”.