MEDİA Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılır – FƏRMANbackend

MEDİA Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı azaldılır – FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli fərmanında dəyişiklik edilib.
Bununla bağlı dövlət başçısı fərman imzalayıb.

Hazırda Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
Fərmanla həmin üzvlərin sayı 4-ə endirilir.