access_time Dərc olunub: 18:30
Meral Konrat: “Fəxrəddin qəlbimi çox qırdı”

Fəxrəddini çox sevirəm, onun bir telefonu ilə hər yerə getmişəm. Ancaq o, məni çox, çox qırdı. Təxminən bir neçə il öncə mənə zəng etdi və “Meral, “Təhminə-2”-ni çəkirik”, - dedi. 


Elə həyəcanlandım ki, izah edə bilmərəm. Dedim, axı, Təhminə o filmdə ölmüşdü, sonrası necə olacaq? O da “biz filmdə Təhminənin öldüyünü göstərmədik, o, sözdə öldü. Danışdılar öldüyündən, amma biz öldüyünü göstərmədik”, - cavabını verdi.


TİA.AZ xəbər verir ki, bu sözləri Azərbaycan filminin “Təhminə”si, türk aktrisası Meral Konrat Report-a müsahibəsində deyib. O, Fəxrəddin Manafovdan çox incidiyini bildirib:

“Çox sevindim, çox həyəcanlandım ki, artıq “Təhminə - 2”-yə çəkilirəm. Fəxrəddin ona görə Bakıya gəlməli olduğumu bildirdi və əlavə etdi: “Biz bunun qısa tanıtımını lentə alacağıq”. Ssenarini istədim ki, oxuyum, baxım. O isə ssenarinin hələ yazıldığını, tamamlanmadığını söylədi. “Ona görə də öncə qısa tanıtım çəkəcəyik, sən Türkiyəyə dönəcəksən. Sonra filmdəki geyimlərin hazırlanacaq və hər şey hazır olduqdan sonra artıq filmin çəkilişi üçün Bakıya gələcəksən. Gəldiyin zaman biz səninlə müqavilə bağlayacağıq”, - dedi. Bunları mənə Fəxrəddin dediyi üçün və işin içində o olduğuna görə gözübağlı qalxıb Azərbaycana getdim. Bakıda məni bir yerə apardılar, orada Zülfiyyə adlı bir sənətçi ilə (xalq artisti Zülfiyyə Xanbabayevanı nəzərdə tutur - red.) qarşılaşdım. Soruşdum ki, bu xanım da filmdə oynayacaq? Dedilər, yox, bu xanım bizdə məşhur musiqiçidir və filmin musiqilərini o hazırlayacaq. Zülfiyyə xanım da ilk dəfə bir filmin musiqisini hazırlamaqdan çox xoşbəxt və qürurlu olduğunu vurğuladı. Hələ bu filmin “Təhminə-2” olması məni inanılmaz həyəcanlandırdı. Baxdım, çəkiliş meydançasında “Təhminə-2” yazılan kağızlar var. Yəni o qədər inandım ki, ağlıma başqa şey də gəlmədi. Orada o xanım mahnı oxudu. Soruşdum ki, o, niyə mahnı oxuyur, bu, nəyə lazımdır? Dedilər ki, musiqiləri o hazırladığı üçün özünün də tanıtım filmində olması lazımdır. Mən yenə də inandım. Nə isə, çəkilişlər bitdi, Türkiyəyə qayıtdım. Oturub gözləyirəm ki, Fəxrəddin mənə zəng edəcək, təkrar film çəkilişi üçün Bakıya qayıdacağam. Baxdım, zəng edib soruşan yoxdur, özüm Fəxrəddinə zəng etdim. Telefonu bir neçə dəfə bağlı oldu. Sonra nə isə açdı və dedi, narahat olma, hələ ssenari yazılır, biz sənə xəbər verəcəyik. Üstündən aylar keçdi, Fəxrəddindən bir xəbər çıxmadı. Zəng edirəm, əlaqə qura bilmirəm. Nə isə bir gün, İstanbulda yaşayan çox sevdiyim bir azərbaycanlı dostum mənə zəng etdi və “Meralcığım, Azərbaycanda klipə çəkilmisən, çox gözəl alınıb”, - dedi. “Xeyr, mən klipə çəkilməmişəm”, - cavabını verdim. Girib internetdə izləyəndə şoka düşdüm. Mənimlə tanış etdikləri Zülfiyyə xanımın klipi idi və mən də o klipdə oynayırdım. Zəng etdim, heç birini tapa bilmədim. O sənətçi xanıma da, Fəxrəddinə də çox əsəbiləşdim. Çox sevdiyim insanın bunu mənə etməsi, həqiqətən çox təəssüfləndiricidir. Yəni mənə belə də deyə bilərdilər: “Meral xanım, biz “Təhminə-2”-ni çəkməli idik, amma olmadı, bunu klipə çeviririk. Yəni, xəbərin olsun”. Ancaq onu belə etmədilər. Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nə qonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə... Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin qarşı bir neçə dəfə buna bənzər şeylər etdi və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür, ancaq yenə də bir üzr istəməsini gözləyirəm”.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort