access_time Dərc olunub: 16:37
Əfsanəvi Valentin Qaft Qarabağdan danışdı

Məşhur sovet və rus kino-teatr aktyoru, SSRİ-nin xalq artisti Valentin İosifoviç Qaft "Haqqin.az"a müsahibə verib.


TİA.AZ xəbər verir ki, “Sovremennik" teatrı ilə keçən əsrin 70-ci illərində Bakıda qastrol səfərlərində olan aktyor yenidən Azərbaycan paytaxtına gəlmək və burada çıxış etmək arzusunda olduğunu dilə gətirib.

Müsahibəsində Qarabağ münaqişəsinə də toxunan aktyor postsovet məkanında silahlı münaqişələrin onu çox narahat etdiyini bildirib.

“Bu dəhşətlidir. Dəhşətli odur ki, bütün bunlar indiyə qədər havadan asılı qalıb. Mən hər iki tərəfə (Ermənistana və Azərbaycana-red.) eyni cür yanaşıram. Əgər gələcəkdə də qan töküləcəksə, bu çox qorxuludur. Dözmək, həll yolu axtarmaq lazımdır. Ola bilər ki, nə vaxtsa müdrik insan tapılsın və hər şeyi düzəldə bilsin”, - deyə V.İ.Qaft qeyd edib.

O vaxtilə Heydər Əliyevlə görüşündən, onun teatrı necə dərindən bilməsindən də danışıb: “Mənim sizin prezidentiniz Heydər Əliyevlə ünsiyyətim olub. O məndə çox dərin təəssüratlar yaradıb, onu indiyə qədər də xatırlayıram. Bir dəfə bizdə tamaşadan sonra qəbul var idi, onunla həmin vaxt görüşdük. O, teatrı çox gözəl bilirdi, bizim oyunlarımızı çox yaxşı başa düşürdü. Bundan başqa, onun çox gözəl natiqlik qabiliyyəti var idi”, - deyə aktyor bildirib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort