access_time Dərc olunub: 15:43
O, ağır vəziyyətdə xəstəxanaya çatdırıldı ...

Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Əjdər Həmidov xəstəxanaya yerləşdirilib.

Verilən məlumata görə aktyor yüksək təzyiq diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, Ə.Həmidovun insult keçirmək təhlükəsi var və ona lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, Əjdər Həmidov 1953-cü ildə Şabran rayonunda anadan olub və Akademik Milli Dram Teatrının aktyorudur.

Şərhlər