access_time Dərc olunub: 17:24
Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.


Əməkdar artist səhhəti haqda özü məlumat verib: “Axşam saat 2 radələrində özümü pis hiss etdim və təcili yardım vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacam. İnsult keçirməmişəm”.

Aktyor xəstəliyinin işiylə bağlı olmadığını deyib: “İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”. (teleqraf)

Şərhlər