access_time Dərc olunub: 13:34
İlqarənin 10 kilo arıqlamağının SİRRİ AÇILDI

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova əməliyyat olunub. Gənc müğənni 10 kq çəkidən azad olub.

TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatla bağlı bəzi detallar əldə edilib. Belə ki, xalq artistinin qızı fevralın 9-da liposaksiya (piy sovurma əməliyyatı) etdirib.

İlqarənin bədənindən 8 litrə yaxın piy çıxarılıb.

"Narkozsuz keçirilir, keyidici maddələr vurulur. Azad olmaq istədiyi nahiyələrdən dəliklər açılıb və iynələr yeridilib. Oradan piylər sovrulub. İlqarə xanımın əməliyyatı 3-4 saat çəkib. Qarın və bel nahiyəsindəki piylərdən azad olub. Bir nahiyədə əməliyyat maksimum 2 saat çəkir", - deyə ifaçının əməliyyat edildiyi klinikadan bildirilib.

Şərhlər