access_time Dərc olunub: 16:29
"Möhtəşəm yüz il"ə etirazlar: "Boşanmalar ona görə artır"

"Möhtəşəm yüz il" serialı "Sultan Süleyman" adı ilə Banqladeşdə də nümayiş olunur.

TİA.AZ-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin yerli layihələrini geridə qoyan serial etirazlara səbəb olub. Banladeşli sənətçilər eyni zamanda serialın ölkədə boşanmaların sayının artmasına səbəb olduğunu əsas gətirərəkn "Sultan Süleyman"ın qadağan olunmasını istəyiblər.

Günün əsas vaxtında yayımlanan serial yerli serialları reytinqdə geridə qoyaraq onların erkən final etməsinə səbəb olub. Buna görə işsiz qalan aktyor və aktrisalar milyon dollarlıq işlərinin əllərindən çıxmasından türk serialını günahlandırıblar. Eyni zamanda, "Sultan Süleyman" digər xarici serialların da ölkədə yayımının qarşısını açdığı yerli prodüser mərkəzləri rəqabətə dözə bilməyiblər.

Etiraz edənlərin bir qismi isə "Möhtəşəm yüz il"in hərəmxana səhnələrinin ailə dəyərlərinə zidd olduğunu iddia edir.

Şərhlər