access_time Dərc olunub: 20:33
"Bal ayı" başlayacaq-FOTO

Tammetrajlı serialın sujet xəttində əsasən real həyatda yaşanan müxtəlif ailə problemlərinin satirik boyalarla səhnə təcəssümü yer alıb.

Prodakşının direktor müavini və Bal ayı serialının direktoru Murad Uğurun saytımıza verdiyi məlumata görə, əsər güldürsə də yaralı nöqtələrə sarkazmla toxunur ki, bu da serialı daha da baxımlı edəcək. "Bal ayı"serialı 148 seria nəzərdə tutulub.Serialın ssenari müellifi və quruluşçu rejissoru yazıçı,ssenarist Yeganə Kərimzadə, rejissoru Əli Abbasov, direktoru Murad Uğurdur. Serialın 5 seriası artıq hazırdır və otuza yaxın aktyor heyəti ilə çəkilişlər davam edir.Serial yerli kanalların birində efirə çıxacaq və bu haqda məlumatı daha sonra nəzərinizə çatdırmaq şərəfini öz üzərimə götürürəm.

"Bal ayı"serialı "Az Prodakşn"nın istehsalıdır.Prodakşının birinci müavini və filmin direktoru kimi eyni zamanda serialın aparıcı rollarından birinin ifaçısı kimi deyə bilərəm ki, "Bal ayı" serialı Azərbaycan tele məkanında hadisəyə çevriləcək, serialda dördüncü divarın uçması, tamaşaçıya müraciət, bəzi streotipləri tamamən dağıdacaq...

TİA.AZ







 

Şərhlər