access_time Dərc olunub: 19:21
Məşhur hind aktyoru Şaşi Kapur vəfat etdi

Hindistanlı aktyor və rejissor Şaşi Kapur 79 yaşında dünyasını dəyişib.

TİA.AZ-ın xəbərinə görə, bu barədə bazar ertəsi, dekabrın 4-də, The Independent nəşri məlumat yayıb.

Aktyor yüzdən çox hind və bir neçə qərb rejissorlarının filminin çəkilişlərində iştirak edib. 

Şaşi Kapur “Kommandos”, “Semmi və Rouzi çarpayıya uzanırlar”, “Sevginin böyük gücü”, “Divar”, “Avara” və “Siddhartha” kimi lentlərdə çəkilib.

2015-ci ildə Şaşi Kapur Dadasaheba Falke adına mükafata layiq görülüb (Hindistanın kino sahəsində ən nüfuzlu mükafatdır).

Şərhlər