access_time Dərc olunub: 12:54
"Kara sevda" "Emmi" mükafatı aldı - fotolar

Baş rollarda Burak Özçivitlə Neslihan Atagülün çəkildiyi “Kara sevda” serialı 45-ci “Emmi” mükafatlandırma mərasimində “Ən yaxşı xarici serial” kateqoriyası üzrə birinci yerə layiq görülüb. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, serial 11 kateqoriya üzrə 18 ölkədən olan seriallarla mübarizə aparırdı. Serialın rejissoru Hilal Saral, ssenaristi Burcu Görgün Toptaş və Özlem Yılmazdır. Ekran işi “Star” ekranlarında yayımlanırdı.
 
“Ay Yapım” Nyu-Yorkda təşkil edilən mükafatlandırma gecəsindən fotoları sosial şəbəkədə paylaşıb. 

 

Şərhlər