access_time Dərc olunub: 15:55
Nar bağı” Listapad beynəlxalq Kino Festivalndan iki mükafatla qayıtdı

Belorusiya paytaxtı Minskdə keçirilən 24-cü "Listapad" Beynəlxalq Kino festivalnın nəticələri açqlanıb. “Nar bağı “ filminiin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Jan Roelof Minnebo “Ən yaxşı ssenari” mükafatının qalibi olublar. Bundan başqa, baş rolun ifaçısı Qurban İsmaylov əsas jürinin diplomuna layiq görülüb.

Musavat.com-a verilən məlumata görə, filmi Minskdə təmsil edən Əli İsa Cabbarovun bildiridiyinə görə, filmin nümayişi anşlaqla və alqışlarla keçib. Film tamaşaçı reytinqi cədvəlində də bütün festival boyu ilk beşlikdə olub. Festivalın proqram direktoru İlqar Nəcəfin bu filmdəki stilini Nuri Bilgə Ceylanla müqayisə edərək, “İlqar Nəcəfin rejissor kimi cəsarəti odur ki, o Azərbaycan kinosu üçün xarakterik olan müsbət və həmişə haqlı ata obrazını dağıda bilib. Müəlllif bunu feminist baxışla yox, məhz kişi baxışı ilə edib, kişiləri yaratdığı dünyanın qeyri kamilliyinin parlaq rənglərlə göstərib”.

Əli İsa Cabbarov deyib: "Minskdəki tamaşaçılarla görüş göstərdi ki, “Nar bağı” təkcə ekspertlərinin bəyənəcəyi festival filmi olmaqla yanaşı həm də dinindən və dilindən asılı olmayaraq həssas tamaşaçlarn ürəyinə yol tapa bilən təsirli bir filmdir. Nümayişdən sonra tamaşaçıların reaksiyasını görəndə buna bir daha əmin oldum".

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort