access_time Dərc olunub: 13:45
Toppuş bacı: "Əsas sponsordur, o olmasa iş getmir"

Əməkdar artist Tünzalə Əliyeva yeniliklərindən danışıb.

TIA.AZ  big.az-a istinadən xəbər verir ki, sənətçi işlərinin çoxluğuna baxmayaraq ailəsinə də yetərincə vaxt ayırdığını bildirib:

"Köhnə hamam, köhnə tas, seriallara, verilişlərə çəkilirəm. Çalışıram, işlərimi elə qurum ki, nə işim qalsın, nə də ev-eşik. İkisinə də vaxt ayırıram.

Körpə də yaxşıdır şükür Allaha, qaynanam baxır, amma işlərim olmayanda mən də kömək edirəm.
Komediya janrında bir film var, hələ ki, üzərində işlər gedir. Çəkilməyi amma sual altındadır".

"Nə vaxt sizi komik yox, digər obrazlarda görəcəyik sualına" əməkdar artistin cavabı belə oldu:

"Versinlər rolu oynayaq. Rejissorlar hələ inanmır. Arzusunda olduğum elə bir rol yoxdur.
Ülviyyə Əliyeva (Keyxanım) ilə bir serialımız var idi, ara vermişik. Yaz qabağı başlayacayıq. İndi hər şey sponsordan aslıdır, o olmasa iş getmir".  

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort