access_time Dərc olunub: 15:08
“Bozbaş Pictures”in yayımı dayandırılıb? – İlkindən açıqlama

Aparıcı - aktyor İlkin Həsəni “Bozbaş Pictures” serialının yayımının dayandırılması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com saytına açıqlama verən aktyor sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyini deyib:
“Bu haqda bir sayt yazıb, digərləri də ondan tirajlayıb. Mənə zəng etmək, sosial şəbəkədə yazıb mövqe öyrənmək bu qədər çətindir? Hamı yazıb ki, serialın yayımı dayandırıldı. Belə qərar verilməyib. Layihəmiz bağlansa, sosial şəbəkədə yazaram, insanlara məlumat verərəm. Bildirərəm ki, filan problemə görə layihə bağlandı və ya başqa telekanalda yayımlanacaq. “Bozbaş Pictures” və “Bacanaqlar” bütün kanalların reytinqli seriallarıdır. Layihəmizin bağlanmaq ehtimalı yoxdur”.
Qeyd edək ki, Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub. Onun yerinə CBC kanalının rəhbəri Azər Xəlilov təyin edilib.  Azər Xəlilovun qərarı ilə kanalda yayımlanan “Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımının dayandırılması haqda xəbər yayılmışdır.

Şərhlər