access_time Dərc olunub: 11:06
Ancelina Bredə ikinci dəfə şans verəcək

Aktrisa Anceli Coli və aktyor Bred Pitt barışmağa hazırlaşırlar.

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbə bildirib.

Onun sözlərinə əsasən, Bredin neçə vaxtdır ailəsini geri qaytarmaq üçün göstərdiyi səylər Colini fikrindən daşınmağa vadar edib.

Mənbə onu da qeyd edib ki, Ancelina hələ də Bredi sevir və ona ikinci şans verməyə hazırlaşır.

Qeyd edək ki, Hollivud ulduzu A.Coli həyat yoldaşı B.Pittdən boşanma üçün ötən il məhkəməyə müraciət edib. O, 6 uşaq üzərində tam himayədarlığı öz üzərinə götürmək istəyib.

Şərhlər